İsa Qəmbər seçkidə iştirakla bağlı mövqeyini AÇIQLADI
3-12-2019, 18:47
Müsavatın sabiq başqanı İsa Qəmbər növbədənkənar parlament seçkisində iştirak tərəfdarıdır.
Cebhe.info xəbər verir ki, o, bu barədə bu gün Müsavat Partiyasının qərargahında keçirilən seçki müzakirəsində deyib.
İsa Qəmbər bildirib ki, seçkidə iştirak tərəfdarıdır: “Seçkidə iştirak mənə daha faydalı və düzgün qərar kimi görünür. İndi dəyişən aydın mənzərə var. Sosil şəbəkə, intenet televiziyalar, başqa imkanlar var”.
Bununla belə İsa Qəmbər bildirib ki, fərq olaraq belə düşünsə də, Müsavat Partiyasının seçki barədə ümumi qərarını dəstəkləyəcək.