Məhkumluğuna görə namizədliyi təsdiqlənmədi

22-12-2019, 00:02           
Məhkumluğuna görə namizədliyi təsdiqlənmədi
15 saylı Yasamal seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülən Rəsul Cəfərov namizədliyinin Dairə Seçki Komissiyasının təsdiq olunmasından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Teref.az xəbər verir ki, R. Cəfərovun müraciətinə MSK-nın iclasında baxılıb. Bildirilib ki, Dairə Seçki Komissiyası namizədliyin irəli sürülməsindən təsdiq edilməsindən imtinanı onunla əsaslandırıb ki, sözügedən şəxs Cinayət Məcəlləsinə görə ağır cinayətə cəlb olunmuşdur. Seçki Məcəlləsinə görə, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Şəxsin ödənilməmiş məhkumluğu olduğuna görə namizədliyi təsdiq edilməyib. MSK DSK-nın qərar layihəsini olduğu kimi saxlayıb.

R. Cəfərov iclasda çıxış edərək bildirib ki, Avropa Məhkəməsinin qərarına görə ona qarşı irəli sürülən müddəalar xətalıdır: "Avropa Məhkəməsinin qərarına əsasən namizədliyimi irəli sürmüşəm. Belə bir qərar olmasaydı, namizədliyimi irəli sürməzdim".

Qeyd edək ki, Rəsul Cəfərov deputatlığa namizədliyini Real Cümhuriyyətçilər İttifaqından irəli sürmüşdü. /qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru