DTT-yə qoşulmamağın 3 səbəbi: inhisarlaşma, paşalaşma, korrupsiyalaşma
24-12-2019, 17:58

İlham Əliyev bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verərkən bildirib ki, “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına (DTT) üzv olmaq lazım deyil”.
Bu açıqlama ilə bağlı aşağıdakılara diqqət çəkmək istərdim.
Əvvala DTT qaydalara əsaslanan bir sistemdir. Onun ticarət qaydaları üzv dövlətlərin danışıqlar apardığı sazişlərdən ibarətdir. İkincisi, DTT sazil’ri yalnız ticarəti və tarifləri deyil, həm də xidmət sahələrinin xarici rəqabətə açılmasını, əqli mülkiyyətin yüksək səviyyədə qorunmasını, dövlət satınalmalarının şəffaflığını, informasiya texnologiyaları, eləcə də mülki aviasiya bazarının liberallaşdırılmasını, ticarətlə əlaqəli investisiya tədbirlərini tənzimləyir. Nəhayət, bu sazişlər ticarət mübahisələrin həll edilməsi üçün prosedurlar təyin edir, az inkişaf etmiş ölkələr üçün xüsusi rejimlər müəyyən edir və üzv ölkələrdən onların üzərinə dərc etmə və bildiriş öhdəlikləri qoymaqla şəffaflığı təmin edir.
Göründüyü kimi bütün bu qaydalar Azərbaycan iqtisadiyyatında mövcud olan inhisarlarşma, biznesində hökmran mövqeyi ilə seçilən paşalaşma, dövlət satınalmalarında müşahidə edilən korrupsiyalaşmaya ziddir. Hesab edirəm ki,164 üzvü olan DTT-dən kənarda qalan Azərbaycanın bu təşkilata qoşulmamasının əsil səbəbi budur.
Qubad İbadoğlu, iqtisadçı alim