İran prezidenti ABŞ-a 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb

7-01-2020, 05:12           
İran prezidenti ABŞ-a 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın islam respublikasının 52 obyektinə zərbə endirəcəyi barədə təhdidinə cavab olaraq Birləşmiş Ştatlara 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb.

“Report”un məlumatına görə, İranın dövlət başçısı bununla bağlı bəyanatı özünün “Twitter”dəki hesabında paylaşıb.

Ruhani qeyd edib ki, onun ölkəsində ABŞ-ın obyektlərinə cəza kimi zərbələr endirmək üçün səbəblər çoxdur. "Kim ki, 52-yə istinad edir, 290 sayın və IR655 reysini xatırlamalıdır. Heç vaxt İran xalqını hədələməyin", - deyə İran lideri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın 52 obyektinə hücüm etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, hədəflərdən bəziləri "İran və İran mədəniyyəti üçün əhəmiyyətlidir"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru