Bəxtiyar Hacıyev Seçki Məcəlləsini belə pozur (FOTOFAKT)

13-01-2020, 18:52           
Bəxtiyar Hacıyev Seçki Məcəlləsini belə pozur (FOTOFAKT)
u il fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınan bəzi şəxslər təbliğat kampaniyasına start verilməzdən əvvəl sosial şəbəkələrdə özləri haqqında təbliğat xarakterli məlumatlar paylaşırlar.

İxa.az-ın məlumatına görə, namizədliyi qeydə alınan bəzi şəxslər sosial şəbəkələrdə, xüsusən də facebook və instagramda profillərini, səhifələrini hətta reklama qoyaraq təbliğat kampaniyası dövrü üçün müəyyənləşdirdiyi, üzərində şüarlar, seçicilərə çağırışlar əks olunmuş şəkillər, məlumatlar yayırlar. Bununla onlar öz seçicilərinə istiqamətlənən fəaliyyətlərini yerinə yetirməyə və onların diqqətini çəkməyə çalışırlar.

Qanunvericiliyə əsasən təbliğat-təşviqat prosesi başlamazdan əvvəl namizədlərin hər hansı bir təbliğat xarakterli məlumatlar paylaşması, seçicilərə müraciət etmələri qadağandır (təbii ki, bu qaydalar namizədliyi həə qeydə alınmayan şəxslərə də aiddir).

Mərkəzi Seçki Komisyası (MSK) tərəfindən təsdiqlənən "Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planın”da qeyd edilib ki, namizədlərin təbliğat-təşviqat işləri 2020-ci ilin yanvarın 17-dən başlayacaq və fevralın 8-i səhər 8:00-da başa çatacaq.

Təşviqat başlamazdan, hətta namizədliyi qeydə alınmazdan əvvəl təşviqata başlayan şəxslərdən biri də Bəxtiyar Hacıyevdir. 29 saylı Səbail Seçki Dairəsindn namizədliyini irəli sürmüş B.Hacıyev facebook-da təşviqat xarakterli müxtəlif statuslar paylaşaraq Seçki Məcəlləsinin tələblərini pozur, yaxud pozmaq istiqamətində addımlar atır.

Baxmayaraq ki, MSK sədri Məzahir Pənahov da məsələ ilə bağlı namizədlərə xəbərdarlıq edib. O bir neçə gün əvvəl bildirib ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır: "Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.