XİN-dən "Brexit"lə bağlı AÇIQLAMA

31-01-2020, 20:47           
XİN-dən "Brexit"lə bağlı AÇIQLAMA
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti “Brexit”dən bu ölkə ilə münasibətlərin hansı şəkildə davam edəcəyinə aydınlıq gətirib.

Nazirlikdən Pravda.az-a bildirilib ki, bu ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır. Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaq.

Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir: “Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir. Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru