Putin geri çəkildi: “Rusiya OPEC+ çərçivəsində danışıqlara hazırdır”

4-04-2020, 11:47           
Putin geri çəkildi:
Rusiya OPEC+ çərçivəsində, xüsusən də konkret olaraq ABŞ ilə razılaşmalara hazırdır. Neft hasilatının azaldılması tərəfdaşlıqla aparılmalıdır.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Biz tərəfdaşlarımızla OPEC+ formatı çərçivəsində razılaşmalara, həmçinin bu məsələdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, bu əlaqələndirilmiş səylər, əlaqələndirilmiş istehsal nəticəsində bazarı tarazlaşdırmaq və azaltmaq üçün səyləri birləşdirmək lazımdır", - Rusiya prezidenti qlobal bazarlardakı vəziyyətlə bağlı iclasda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, ilkin hesablamalara əsasən, burada söhbət həcmlərin, təxminən, gündəlik 10 mln. barelə qədər azaldılmasından gedir: “Bunun üçün də biz bu gün toplaşmışıq ki, bu məsələni müzakirə edək”.

Prezident qeyd edib ki, hər şey tərəfdaşlıqla baş verməlidir: “İnanıram ki, tərəfdaşlıq əlaqələrindən danışarkən, o zaman hamı, o cümlədən tərəfdaşlarımız da başa düşürlər ki, böhrandan əvvəl hökm sürən istehsal səviyyəsinin azalması barədə danışa bilərik, yəni bu ilin birinci rübündəki istehsal səviyyəsindən danışırıq”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru