Rusiya ilə Səudiyyə Ərəbistanı razılığa gələ bilmədi

7-04-2020, 17:37           
Rusiya ilə Səudiyyə Ərəbistanı razılığa gələ bilmədi
Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına dair hələ ki, razılığa gələ bilməyib.

“Bizimxeber.az” “Ria Novosti”yə istinadən xəbər verir ki, tərəflər arasında neft hasilatının azaldılması ilə bağlı gələcək tənzimləmələr barədə heç bir müəyyənlik yoxdur. Tərəflər konkret bir sxem üzrə hələ də razılığa gələ bilməyib. Bu səbəbdən yekun qərarın 9 aprel OPEC + iclasında veriləcəyi qeyd olunub.

Bundan əlavə OPEC və Rusiya digər istehsalçıların da danışıqlara qoşulmasını istəyir. Bu səbəbdən danışıqlara qoşulmaları üçün Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqoya da dəvətlər göndərilib.

Səudiyyə Ərəbistanı isə aprelin 10-da keçiriləcək G-20 Energetika nazirlərinin iclasında ABŞ-la razılaşma əldə etmək istəyir. Amerika tərəfi hasilatın azaldılması ilə bağlı dəstək verə biləcəyini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru