"16 deputatın vəsait köçürdüyü barədə məlumat həqiqəti əks etdirmir” - Akif Təvəkküloğlu

13-04-2020, 22:36           
"16 deputatın vəsait köçürdüyü barədə məlumat həqiqəti əks etdirmir” -
Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin deputatlarından yalnız 16-sının Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdüyü barədə məlumat yayılıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu informasiya həqiqəti əks etdirmir.

A. Təvəkküloğlu deyib ki, bütün deputatlar, Milli Məclis Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox vəsait köçürüb: “Bununla bağlı siyahını da mətbuata açıqlamağa hazırıq. Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin plenar iclaslarının birində deputatların və Milli Məclis Aparatının əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox vəsait köçürdüklərini bildirib. Bu barədə məlumat KİV vasitəsi ilə ictimaiyyətə çatdırıldı. İndi isə guya yalnız 16 deputatın Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdüyü barədə hansısa bir KİV-in yaydığı informasiya tamamilə həqiqətə uyğun deyil”.

Milli Məclis mətbuat xidmətinin rəhbəri həqiqəti əks etdirməyən belə bir informasiyanın yayılmasının yolverilməz olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru