BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi

15-04-2020, 05:41           
BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi
BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması barədə bəyanatına münasibət bildirib.

“Report” xəbər verir ki, A. Quterreş ABŞ-ın maliyyələşdirməni dayandırmaq üçün səhv vaxt seçdiyini söyləyib.

“Hazırda ÜST və ya virusla mübarizə aparan hər hansı digər humanitar təşkilatın işi üçün maliyyəni azaltmağın vaxtı deyil. Əminəm ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Çünki, dünyanın COVID-19 ilə müharibədə qalib gəlməsi vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru