Tramp 500 milyonu verməkdən imtina etdi, BMT ayağa qalxdı

15-04-2020, 10:01           
Tramp 500 milyonu verməkdən imtina etdi, BMT ayağa qalxdı
Birləşmiş Millətlər Təşkilatından ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi maliyyə yardımını dayandırmasına cavab gəlib.

Publika.az xəbər verir ki, təşkilatın baş katibi Antonio Quterreş hazırda ÜST və ya hər hansı humanitar yardım qurumunun yardımlarını azaltma zamanı yox, həmrəylik zamanı olduğunu bildirib.
Yazılı açıqlama verən baş katib COVID 19 pandemiyasının dünyanın üzləşdiyi ən təhlükəli problemlərdən biri olduğunu qeyd edib: “ÜST və minlərlə əməkdaşı ön cəbhələrdə, xüsusilə, ən müdafiəsiz toplumları dəstəkləyir. Pandemiyaya qarşı müharibədə qalib gəlmək üçün ÜST-ü dəstəkləmək həyati əhəmiyyətə sahibdir. Analoqu görülməyən virusla analoqu görülməyən mübarizə aparılmalıdır. Bu pandemiya səhifəsi bağlananda geriyə baxarkən necə ortaya çıxdığı, necə bütün dünyaya yayıldığı və bu böhranla necə mübarizə aparıldığına baxıb dərs çıxaracağıq, amma indi zamanı deyil”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair aparılacaq araşdırma yekunlaşana qədər qədər təşkilata verilən 500 milyon dollar maliyyə yardımın dayandırılması barədə göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru