Stoltenberq: Düşmən qüvvələr epidemiya böhranından istifadə edə bilər

16-04-2020, 08:09           
Stoltenberq: Düşmən qüvvələr epidemiya böhranından istifadə edə bilər
“Düşməncə mövqe tutan qüvvələr koronavirus epidemiyasının yaratdığı böhrandan istifadə edə bilər. Bu vəziyyət terror qruplaşmalarını cəsarətləndirə bilər”.

Publika.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Müdafiə nazirləri arasında baş tutan telekonfransın yekunlarına həsr olunmuş çıxışında belə xəbərdarlıqla edib. O bildirib ki, NATO ölkələri “Covid-19”la mübarizə çərçivəsində gələcəyə dair planlar hazırlamalıdır. Baş katibin sözlərinə görə, müttəfiqlər yarana biləcək problemlərin öhdəsindən gəlmək üçün əməkdaşlığı daha da sıxlaşdırmaq barədə razılığa gəliblər.

Stoltenberq epidemiyanın NATO ölkələrinin müdafiə hazırlığına zərər vurmadığını ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru