“Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun qəbul olunmalıdır" - Siyavuş Novruzov

17-04-2020, 12:06           
“Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun qəbul olunmalıdır" - Siyavuş Novruzov
“Bələdiyyələrdə yuxarı qurum yoxdur. Onlar seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərirlər”.

“Report” xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda şəffaf bələdiyyə seçkiləri keçirilib: “Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var. Amma həmin dairələrdən 118-də bələdiyyə seçkiləri keçirilir. 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Bir milyondan çox insan özünün seçki hüququndan istifadə edə bilmir”.

Komitə sədri “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsini vacib sayıb: “Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru