Samir Şərifov artıq hədəfdədir - Cahangir Hacıyev hansı məlumatları içtimailəşdirəcək?

26-12-2015, 12:03           
Samir Şərifov artıq hədəfdədir - Cahangir Hacıyev hansı məlumatları içtimailəşdirəcək?
Maliyyə naziri Samir Şərifov çətin vəziyyətə düşüb. Bu barədə İstiqlal.az saytına daxil olan məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, "kredit qalmaqalı"na görə həsb edilən Cahangir Hacıyev maliyyə naziri ilə bağlı dosyeni ictimailəşdirmək niyyətindədir. Artıq Cahangir Hacıyev iki dəfə buna eyham edib.

Birinci dəfə bankirin vəkili Aqil Layıcov "kredit qalmaqalı"nda Samir Şərifovu ittiham etmişdi. Maliyyə naziri bu ittihamların qarşısında susmağa üstünlük verdi. Bu gün isə Cahangir Hacıyev müraciət yayaraq Samir Şərifovun ittihamlara məruz qoyub. Bankirin müraciətində açıq kontekslə Samir Şərifovun Beynəlxalq Bankı iflic vəziyyətə salmasına işarə vurulur.

Mənbəmiz bildirir ki, bu hələ son deyil. Cahangir Hacıyevin Samir Şərifova qarşı ittihamları davam edəcək. Növbəti dəfə bankirin "kredit qalmaqalı"nın pərdəarxasını açıqlayacağı gözlənilir.

Qaynağımız deyir ki, Cahangir Hacıyev bu məsələdə bir neçə məmuru, xüsusilə Samir Şərifovu suçlu bilir. "Cahangir Hacıyevin inamlı şəkildə Samir Şərifovun üzərinə getməsi onda hansısa faktların olduğunu düşünməyə əsas verir. Bu faktların nə dərəcədə əsaslı olduğunu söyləmək çətindir. Amma görünən odur ki, Cahangir Hacıyev Samir Şərifovu bitirməkdə israrlıdır",-deyə mənbə vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.