ABŞ-da immiqrasiya müvəqqəti dayandırılacaq

21-04-2020, 07:31           
ABŞ-da immiqrasiya müvəqqəti dayandırılacaq
ABŞ prezidenti Donald Tramp ölkədə immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayacaq.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter” səhifəsində bildirib.

ABŞ rəhbəri qeyd edib ki, o, bu addımı koronavirus pandemiyası ilə əlaqədar atmaq niyyətindədir.

"Görünməyən düşmən tərəfindən hücumu, həmçinin bizim çox gözəl Amerikamızın vətəndaşlarının iş yerlərini qorumaq ehtiyaclarını nəzərə alaraq, Birləşlmiş Ştatlarda immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayacam!" - Vaşinqton administrasiyasının rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 780 mini ötüb. Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı demək olar, 42 min nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru