Ali Məhkəmədən İlqar Məmmədovla bağlı QƏRAR - BƏRAƏT VERİLDİ
23-04-2020, 11:36
Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işi üzrə şikayətə baxılıb.
APA-nın məlumatına görə, prosesdə qərar elan olunub.
Qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
İ. Məmmədovun vəkili Fuad Ağayev faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.
İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.