"Fərqli, ittihamedici mövqelər də var. Əslində vəziyyət necədir?"- Elşad Musayev

24-04-2020, 09:51           
"Fərqli, ittihamedici mövqelər də var. Əslində vəziyyət necədir?"- Elşad Musayev
Dostumuz Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının qeydə alınmasından sonra hakimiyyətin müxalifətə yönəlik daha bir addımının şahidi olduq. Ali Məhkəmənin Plenumu İlqar Məmmədov haqqında əvvəlki məhkəmə hökmlərini ləğv edib və ona bəraət verib. Eyni zamanda 234 min manat məbləğində mənəvi təzminat təyin edib."Yeni Müsavat" qəzetinin yazdığına görə REAL partiyası bunu iqtidarın müxalifətə dialoq təşəbbüsü kimi qiymətləndirib.
Fərqli, ittihamedici mövqelər də var. Əslində vəziyyət necədir?
Ali Məhkəmə ilk dəfədir ki, belə vacib qərar qəbul etməklə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunu etiraf edir.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir. Biz illərlə demirik ki, məhkəmələrdə müxalifətçilərə, müstəqil media təmsilçilərinə qarşı qəbul olunmuş yanlış məhkəmə hökmləri ləğv olunub bəraətlə əvəz olunsun. İndiki halda bəraət verilib, bunun nəyi pisdir? Əgər Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə hökmlərini qüvvədə saxlasa nə olacaqdı? Bu presedent kimi yaxşı presedentdir və çalışmalıyıq ki, bu cür presedentlər daha çox adama tətbiq olunsun. Məhkəmələr doğrudan da ədalət mühakiməsini həyata keçirsinlər, qanunsuz, ədalətsiz qərarlar, hökmlər verməsinlər. İqtidar-müxalifət mübarizəsi məhkəmə, həbsxana müstəvisində deyil, seçki müstəvisində olsun
Şəxsi münasibətlərimizdən, ideoloji mövqemizdən asılı olmayaraq istənilən şəxsə, xüsusən də müxalifət və media təmsilçilərinə yönəlik verilən bəraət hökmlərini məqbul hesab etməklə belə addımların davam etməsini arzulayıram...
Elşad Musayev.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru