“İrəvan məsələsi təbliğat maşınımızın, hücum diplomatiyamızın tərkib hissəsi olmalıdır”
4-06-2020, 22:51

Fikrət Sadıqov: “Ölkə başçısının səsləndirdiyi həqiqətlərin diplomatlarımız tərəfindən də təbliğinə ehtiyac var”
“İrəvan Azərbaycanın qədimtorpağıdır və əlbəttə ki, bu barədə bəyanatlar vermək bizim uğurlu diplomatikaddımımızdır”.
Bunu Moderator.az-aaçıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqovbildirib. Professorun sözlərinə görə, Azərbaycan diplomatiyası erməniyalanlarına qarşı mübarizədə Azərbaycanın tarixi həqiqətlərindən geniş istifadəetməli, hücum diplomatiyasını inkişaf etdirməlidir:
“Biz uzun müddətsusmuşuq. Uzun müddət bu məsələni qalırmamışıq. Ermənilər illər ərzindəNaxçıvana, Gəncəyə, Qarabağa göz dikiblər. Nəhayət, Dağlıq Qarabağ və 7 rayonuişğal ediblər. Biz isə öz tarixi həqiqətimiz haqqında danışmamışıq.
Reallıq odur ki, İrəvanxanlığı olub və bu xanlıq Azərbaycana məxsus olub. İrəvan qədim Azərbaycan şəhəriolub. I Dünya mühartibəsindən sonra dünyada, xüsusilə də Cənubi Qafqazda çoxziddiyyətli və gərgin vəziyyət yaranmışdı. Həmin dönəmdə biz öz əlimizlə İrəvanıermənilərə verdik. Ermənilərin mifik bəyanatları fonunda biz bu məsələləriqaldırmalıyıq. Dünya ictimaiyyətinə bu barədə məlumat verməliyik. Bu, təbliğatmaşınımızın, hücum diplomatiyamızın tərkib hissəsi olmalıdır.
Əgər dövlət başçısı bunusəsləndirirsə, o zaman diplomatlarımız da bütün vasitələrlə bu fikri, bu həqiqətisəsləndirməlidirlər. Bu o demək deyil ki, biz günü sabah müharibəyə başlayır vəkimdənsə nəyisə alırıq. Qoy insanlar bilsin ki, bu torpaqlar Azərbaycana məxsusərazilər olub. Biz bu həqiqəti daim yada salmalı, dünya ictimaiyyətini məlumatlandırmalıyıq”.