"Moskvadakı paradda iştirak etmək bizim üçün iki səbəbdən zəruridir" - Politoloq

5-06-2020, 00:00           
"Moskvadakı paradda iştirak etmək bizim üçün iki səbəbdən zəruridir" - Politoloq
Politoloq Elxan Şahinoğlu Rusiyada İkinci Dünya müharibəsinin 75-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradda Ermənistanla yanaşı Azərbaycan əsgərlərinin də iştirak etməsində qeyri-adi heç nə olmadığını bildirib.

Bu mövzuda Moderator.az saytına açıqlamasında Elxan Şahinoğlu deyib: "Düşünürəm ki, 24 iyunda Moskvada keçirilməsi planlaşdırılan paradda iştirak etmək Azərbaycan üçün iki səbəbdən zəruridir. Birincisi ona görə ki, biz o dəhşətli müharibədə 300 min soydaşımızı itirmişik. İkincisi, müharibə zamanı SSRİ-nin qələbəsini təmin edən ən böyük amillərdən biri Bakı nefti olub. Yəni Azərbaycanın bu müharibədəki böyük rolu danılmazdır. Burada daha bir vacib faktor Ermənistanın da Moskva paradında iştirak edəcəyi barədə açıqlamadır. Əgər biz paradda iştirak etməkdən imtina etsək, Ermənistanda buna siyasi rəng verəcəklər. Rusiyada düşünə bilərlər ki, Azərbaycan Rusiya ilə münasibətdə məsafə saxlamağa çalışır.

Sözsüz ki, biz Rusiyanın Ermənistanla yaxın münasibətindən və işğalçı ölkəni dəstəkləməsindən narazıyıq, ancaq Azərbaycan Rusiyadan silahlar alır, bizim əlaqələrimiz var. Buna baxmayaraq biz belə tədbirlərdə tək Rusiyanın çağırışlarını qəbul etmirik axı, Azərbaycan dəfələrlə Türkiyənin, Pakistanın hərbi mərasimlərinə qatılıb, qatılır da, üstəlik, bizim ölkə ABŞ-ın, NATO-nun təşkil etdiyi hərbi təlimlərdə tez-tez iştirak edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.