Rusiyalı ekspert: Haftar sponsorlarını artıq narahat edir

5-06-2020, 10:09           
Rusiyalı ekspert:
Liviyada Xəlifə Haftar Misir, BƏƏ və Səudiyyə Ərəbistanı kimi sponsorlarını artıq narahat edir.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Andrey Çuprıqin deyib.

O bildirib ki, bu ölkələr Haftara maliyyə buraxsalar da, nəticə əldə edə bilmədilər:

“Artıq itkiləri bərpa etmək və yeni bir qərar vermək vaxtı çatıb”.

Siyasi ekspert bildirib ki, Milli Razılıq Hökuməti Türkiyənin sayəsində Haftara qarşı güclü müqavimət göstərə bilib:

“Haftar çətin vəziyyətdədir və bütün tərəfdarları ondan üz döndərdi. İkinci Qəddafi olmaq istədi. 76 yaşında bu onun son şansı idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru