“Elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır” - AÇIQLAMA

16-06-2020, 19:15           
“Elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır” - AÇIQLAMA
Sabiq səhiyyə naziri Əli İnsanov “Xural” TV-yə müsahibəsində ölkədə fəaliyyət göstərən 4 müxalifət partiyasının və YAP-ın əməkdaşlığının vacib olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, siyasi kluarlarda sözügedən 4 müxalifət partiyasının Müsavat, AXCP, REAL və HƏP olduğuna dair mülahizələr səslənməyə başlayıb.

Politoloq Azər Rəşidoğlu saytımıza açıqlamasında sosial şəbəkələrdə adları hallanan təşkilatların siyasi müstəvidə bir araya gəlməsinin mümkünsüz olduğunu bildirib: “Belə bir formatda koalisiya mümkün deyil. Bir-birinə nifrət edən və tamamilə fərqli maraq qruplarına xidmət edən siyasi qüvvələrin əməkdaşlığı imkansızdır. Azərbaycanda tamamilə yeni siyasi situasiya yetişir və elə qüvvələr meydana çıxacaq ki, adlarını çəkdiyiniz partiyalar kölgədə qalacaq”.

Azər Rəşidoğlu qeyd edib ki, Əli İnsanov siyasi proseslərə istiqamət verəcək gücdə deyil: “Əli İnsanov keçmişdir. O, arxasında maliyyə dəstəyi olduğunu güman edir. Lakin indi elə oliqarxlar yetişib ki, İnsanov onların yanında kasıb tələbə təsiri bağışlayır. Digər tərəfdən, Qərbi Azərbaycan amili artıq öz aktuallığını itirib. Oliqarxiya yerliçiliyə zərbə vurub. Bu baxımdan, İnsanovun böyük perspektivi olduğunu güman etmirəm. “Köhnə qvardiya”nın birləşməsi də effekt verə bilməz. Vəziyyət dərinləşərsə, həmin təbəqəyə sarsıdıcı zərbələr endiriləcək və bunu onlar özləri də bunu dərk edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru