Kritik açıqlama: “Bu, cinayətdir” – NATO-dan Rusiyaya xəbərdarlıq
16-06-2020, 22:19
NATO Baş katibi Yens Stoltenberq Liviyadakı son gəlişmələr haqda açıqlama verib. Ölkədəki durumun kritik olduğunu deyən NATO baş katibi, Tərxunə şəhərində kütləvi insan məzarlığının ortaya çıxmasının narahatlıq yaratdığını bildirib. O, beynəlxalq qurumları insan haqlarının kobud formada pozulması hallarına qarşı cinayət işi açmağa çağırıb. Stoltenberq Rusiyanın Aralıq dənizindəki hərbi fəaliyyətləri haqda isə bunları söyləyib: “Rusiyanın bölgədəki fəaliyyətlərindən olduqca narahatıq. Xüsusilə də, Liviyadakı fəaliyyətlərindən”.aktualxeber