Deputat növbədənkənar parlament seçkilərinin anonsunu verdi?

23-06-2020, 21:24           
Deputat növbədənkənar parlament seçkilərinin anonsunu verdi?
Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə debatında növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə işarə edən anons verib.

Dominant.az xəbər verir ki, Z.Oruc, həmçinin "Siz iddia edə bilməzsiniz ki, hakimiyyət parlamentin hazırki tərkibindən yüzdə-yüz razıdır” deməklə, parlamentdə hələ də "köhnə qvardiyanın” təmsilçilərinin əyləşdiyini vurğulayıb.

Nəzərə alaq ki, bu yaxınlarda deputat Fəzail Ağamalı da Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi proseslərə yön verməkdə, Milli Məclisə keçirilən seçkiləri pozmaqda təqsirləndirmişdi. Bu iki açıqlamanı tutuşdurub belə nəticəyə gəlmək olar ki, hələ də parlamentdə Ramiz Mehdiyevin kurasiyasında olan insanlar əyləşiblər.

Z.Oruc, "hakimiyyət parlamentin tərkibindən yüzdə-yüz razı deyil" - deyərkən məhz Ramiz Mehdiyev amilini nəzərdə tutub.

İkincisi, düşünmək olmaz ki, Z.Orucun fikri təsadüfən deyilmiş bir sözlərdən ibarət idi. Çünki Z.Oruc kifayət qədər soyuq başla düşünən və ehtiyatlı adamdır. O, hakimiyyət daxilindəki prosesləri və ictimai rəyi yaxşı bilir. Buna görə də Z.Orucun dediklərini ölkədə növbədənkənar parlament seçkisinin keçiriləcəyi kimi qiymətləndirmək olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.