Putin və Lukaşenkonun arasından keçən qara pişik - Belorusiyada nələr baş verir?..

24-06-2020, 08:40           
Putin və Lukaşenkonun arasından keçən qara pişik - Belorusiyada nələr baş verir?..
“Qərb də başa düşür ki, əgər müxalifət zəifdirsə, ona dəstək verib, Lukoşenko ilə münasibləri tam korlamaq düzgün deyil”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Belarusiyada prezident seçkisi ərəfəsində baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Belarusiyada prezident seçkiləri ərəfəsində siyasi həbslər və etiraz aksiyaları keçirilir. Bəzi iddialara hörə Kreml Aleksandr Lukaşenkonun 6-cı müddətə prezident olmasını istəmir və bunu bilən Belarusiya prezidenti öz rəqiblərini həbs etməklə problemini həll etməyə çalışır.

Maraqlıdır ki, bundan əvvəlki seçkilərdə Kreml tərəfindən dəstəklənən və Qərb tərəfindən boykot edilən Lukaşenkonun bu dəfə Qərb tərəfindən dəstəkləndiyi idddia olunur.

Bu seçkilərdən sonra Ukraynada olduğu kimi, Belarusiyanın da Rusiya və Qərb arasında uzun müddətdir gedən geosiyasi müharibənin arenasına çevrilməsi ehtimalı varmı və Putinlə Lukaşenkonun arasındakı əsas anlaşılmazlıqlar hansılardır?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Lukaşenkonun Rusiya ilə qarşılıqlı faydalıq əsasında tərəfdaşlıq istədiyini bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Belorus prezidentinin müstəqil davranışlarını Rusiyada müəyyən mərkəzləri, o cümlədən Kreml həzm edə bilmir:

“Birmənalı demək olmaz ki, Rusiya Lukaşenkoya dəstəkdən vaz keçib və müxalifəti dəstəkləyir. Yaxud da tərsinə, demək olmaz ki, vaxtilə Lukaşenkonu sanksiya siyahısına salan ABŞ və Avropa İttifaqı bu dəfə müxalifəti deyil, Lukaşenkonu dəstəkləyəcək. Bunu hazırkı situasiyada qəti olaraq demək olmaz.

Son illər Lukaşenkonun Moskva ilə münasiblərdə gərginlik müşahidə olunur bə bu gərginliyin artıq psixoloji qırmızı xəttə doğru yönəldiyi də hır iki tərəfdən səsləndirilən bəyanatlarda və fikirlərdə hiss olunur. Lukaşenko Moskvanı tez-tez sərt tənqid edir. Rusiya rəsmiləri Lukaşenkonun bu bəyanatlarına ritorik yanaşsalar da Kremlə bağlı olan KİV-lərin də artıq Lukaşenkoya qarşı loyal olmadıqları, hətta ona qarşı hücuma keçdikləri də müşahidə olunur.

Amma mən Moskvanın Lukoşenkodan belə tez-tələsik vaz keçəcəyinə və ondan tam imtina edərək, ona varis tapdığını da düşünmürəm.

Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Belarusa səfəri də bundan xəbər verir ki, Moskva öz şərtləri çərçivəsində Lukaşenko ilə anlaşmaq istəyir. Yəni Moskva “Batya”nın coşan ehtiraslarını cilovlamaq, hətta onun burnunu ovmaq ustəyir. Lakin mən düşünmqrəm ki, Putin Lukaşenkoya alternativ axtarışına girib. Sadəcə düşünürəm ki, Putin Belarusiyanın dəyişməz liderinə bəzi dərslər vermək istəyir və buna görə də ona bızi mesajlar ötürür. Onu da nəzərə almaq lazımdır ki, Belarusda müxalifət o qədər də güclü deyil.

Belarusda prezident seçkiləri avqustun əvvəlində keçiriləcək. Lukaşenko çox təcrübəli və iradəli liderdir. Hətta indidən o, rəqiblərinin bəzilərini neytrallaşdırıb. Əsas rəqiblərinin bir çoxunu korrupsiya ittihamları ilə həbs edib. Bununla da Lukaşenko Moskvaya deyir ki, o, heç də asan sınan qoz deyil və Moskva üçün onu tam etmək heç də asan olmayacaq.

Qərb də başa düşür ki, əgər müxalifət zəifdirsə, ona dəstək verib Lukoşenko ilə münasibləri tam korlamaq da düzgün deyil. İndi ABŞ bə Avropa İttifaqı ölkələri Lukoşenko ilə münasiblərini tənzimləmə başlayıb. Bundan da siyasi manevrlər ustası olan Lukaşenko Moskvaya qarşı istifadə edir.

Bir daha qeyd edirəm ki, Rusiyanın Lukaşenkodan vaz keçdiyini düşünmürəm. Düzdür Lukoşenko Rusiyanın müəyyən mərkəzlərinin fıaliyyətlərinə problemlər yaratmaq istəyir və müəyyən qədər yaradır da. Amma ruslara da yaxşı başa düşürlər ki, Lukaşenko bu seçkilərdə məğlub olmayacaq və “Batya” ilə körpüləri tam yandırmağa dəyməz . Ona görə də düşünürəm ki, Lukoşenko hələ uzun müddət hakimiyyətdə qalacaq.

Həmçinin ola bilər ki, ABŞ-ın Belarus müxalifəti ilə əlaqələri var. Amma ABŞ-da Lukoşenko ilə yeni-yeni qurulan təmasların korlanmasında maraqlı deyil. Vaşinqtonda da yaxşı başa düşürlər ki, hazırkı vəziyyətdə Belarusiyada Lukaşenkonun alternativi yoxdur. Ona görə də ABŞ Lukaşenko ilə faydalı əməkdaşlıqda maraqlıdır.

Düşünürəm ki, bütün bunlar Putini qıcıqlandırır. Lakin Putinlə Lukoşenko arasında əsas anlaşılmazlıqlar iqtisadi zəmindədir. Yəni Lukoşenko Rusiyanın Qərbdə və bütün dünyada ən yaxln müttəfiqi olaraq istəyir ki, bunun müqabilində Rusiyadan ucuz neft və qaz alsın. Lakin bu bir çox rus oliqarxların maraqlarına zidd olduğu üçün onlar buna qarşı çıxırlar. Oliqarxlqr düşünür ki, onlar Belarusiyanı saxlamaqla vəzifəli deyillər. Lukaşenko da bu rus oliqarxlardan narazıdır və istəyir ki, Putin oliqarxları susduraraq onunla eyni cəbhədən çıxış etsin. Buna görə də Belorusiya prezidenti öz imkanları çərçivəsində Kremlə təzyiq göstərməyə çalışır və müxtəlif bəyanatlar səsləndirir.

Lukaşenko istəmir ki, Rusiyanın Belarusda hərbi bazaları artsın. O, Ukraynada baş verənlərdən sonra Moskvaya heç də güvənmir və Belarusda Rusiya hərbi kontingentinin böyüdülməsinə qarşı çıxır. Yəni Lukoşenko tam olaraq Rusiyadan asılı olmaq istəmir.

Lukaşenko Rusiya ilə qarşılıqlı faydalıq əsasında tərəfdaşlıq istəyir. Buna da Rusiyada müəyyən mərkəzlər razı deyillər. Xüsusən oliqarxlar heaab edirlər ki, əgər Belarus lideri ucuz neft və qaz istəyirsə, o zaman onların dediyi ilə oturub durmalıdır.

Elxan Şahinoğlu: “Lukaşenko Ukraynada baş verənlərdən sonra Moskvaya heç də güvənmir və Belarusda Rusiya hərbi kontingentinin böyüdülməsinə qarşı çıxır”.

Putinin siyasi kursu da məlumdur. Hamı bilir ki, Putinə müttəfiq və tərəfdaş yox, Rusiyadan asılı olan dövlətlər və şəxsən onun özündən asılı olan liderlər lazımdır. Məsələn Putinə Ermənistan kimi ölkə lazımdır ki, onun dediyini etsin. Lukaşenko isə Putinin vassalı olmaq istəmir və bunun üçün mübarizə aparır. Buna görə də iki lider və iki ölkə arasında anlaşılmazlıqlar var.

Bütün bunlara baxmayaraq Putin də, Lukaşenko da hər dəfə qeyd edirlər ki, iki qardaş ölkə arasında anlaşılmazlıq olmayacaq və əməkdaşlığa davam edəcəklər. Çünki Putin də, Lukaşenko da bir-birlərinə məhkum olduqlarını yaxşı bilirlər. Bu üzdən də Rusiya-Belarus strateji tərəfdaşlığı davam edir, və edəcək. Amma yenə də müxtəlif fikir ayrılıqları və gərginliklər olacaq”.

Qeyd edək ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarusiya prezidentidir. O beş dəfə böyük səs çoxluğu ilə prezident seçilib və bu zaman Belarus müxalifətinə qarşı müxtəlif təzyiqlər və həbslər həyata keçirilib. Avqust ayında keçiriləcək seçkilərdə Lukaşenko 6-cı dəfə belarus xalqının etimadını qazanmaq istəyir. Lakin keçirilən son sorğulara görə ilk dəfədir ki, Belarus lideri çox ciddi etimadsızlıqla üz-üzədir. Rəy sorğularına görə Aleksandr Lukaşenko seçicilərinin 23%-i tərəfindən dəstəklənir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.