Kosmik yarış qızışır: Çin ABŞ-a qarşı

25-06-2020, 00:03           
Kosmik yarış qızışır: Çin ABŞ-a qarşı
Təyinat nöqtəsi üçün istifadə edilən naviqasiya peyk sistemlərinə daha biri əlavə olunub.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin BeiDou Naviqasiya Peyk Sistemi (BDS) kosmosa göndərilib.


Məlumata görə, sözügedən sistem həm də kosmik yarışların yeni erasına start verib. Çünki BeiDou Naviqasiya Peyk Sistemi ABŞ sistemi GPS-ə rəqib olaraq dizayn edilib.


Qeyd edək ki, indiyədək, bu cür sistemlərin cəmi 3-ü mövcud idi. ABŞ-ın GPS, Rusiyanın GLONASS və Avropa Birliyinin Galileo sistemi. İndi isə bu sistemlərə BDS də əlavə edilib.


Çinin cənib-qərbindən start götürən raket 30 dəqiqə sonra orbitə çıxıb və günəş panellərini açıb. Artıq Asiya-Sakit okean hövzsindəki istifadəçilər artıq sistemdən istifadəyə başlayıblar.


Çin naviqasiya sistemini inkişaf etdirməyə davam edəcək. Belə ki, 2035-ci ild sistemin daha müasir xüsusiyyətlərə sahib, daha çox istifadəçiyə xidmət edə biləcək şəkildə olması planlaşdırılır.


Xatırladaq ki, sistemin qurulmasına 1994-cü ildə qərar verilmiş, 2000-ci ildə isə ilk iki peyk orbitə göndərilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru