Azərbaycan Silalı Qüvvələrinin daha da gücləndirilməsiylə bağlı Turan Partiyasının Mətbuat AÇIQLAMASI
21-07-2020, 17:58
İndi danışmaq zamanıdı. İllərdir Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Nəcməddin Sadıqov haqda çox şübhəli yazılar gedir, fikirlər səslənir. Qardaşının, Gümrü şəhərində rus əsgəri birliyində komandan olması, Korrupsiyayla məşğul olması, ən önəmlisi Rusya Keşfiyatıyla iş birliyində olmaqla Qarabağ savaşında dövletimizə qarşı çalışmasıdır. Biz bunların doğru olmasını iddia edə bilmərik, ama bu bir gerçək ki, bu iddialara indiyə kimi aydınlıq getirilməyib. Belə olduğu halda haqlı olaraq deyilənlərlə bağlı xalq arasında Nəcməddin Sadıqova etimadsızlıq yaranıb, orduda olan bütün əksiklər onunla bağlanır. Bu hal, ordumuza inamı sarsıtmaqdadı. Bütün deyilenləri nəzərə alaraq Nəcmeddin Sadıqovla bağlı araşdırmaların aparılıb sona çatdırılmasına qədər Ordudan uzaqlaşdırılması vacibdi. Belə olarsa Orduya etimad mühütü daha da güclənəcək. Əskərimizin, millətimizin, dövlətimizin bir bütün olması üçün, ciddi addım atılmış olacaq. Bunu bizdən, azaldığımız, güvənliyimiz, millət olmamız tələb edir. Biz Ali Baş Komandanın bu vacib əmri verməsinə, Nəcməddin Sadıqovu görəvdən alacağına inanınırıq.
Cahandar Bayoğlu Turan partiyası G Başqanı 21/07/2020 Bakı ş