Kadırovun pulemyotlu şəkillə ABŞ-a cavabına Kremldən reaksiya

22-07-2020, 00:02           
Kadırovun pulemyotlu şəkillə ABŞ-a cavabına Kremldən reaksiya
Rusiyada odlu silahın əldə edilməsi və saxlanmasını ciddi tənzimləyən qanunvericilik var. Rusiya vətəndaşı, kim olmasından asılı olmayaraq, silahı rəsmi qeydiyyata alınıbsa, o zaman fotoşəkildə heç bir problem yoxdur.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun ABŞ-ın ona və ailəsinə qarşı sanksiyalarının elan olunmasından sonra iki pulemyotla bir cəbbəxanada poza verdiyi foto ilə bağlı jurnalistlərin sualını şərh edərkən deyib.

Xatırladaq ki, Dövlət Departamenti Kadırovun insan hüquqlarını pozduğuna görə sanksiya siyahısına daxil edildiyini açıqlayıb. Bu yaxınlarda Kadırov Dövlət Departamentinin rəhbəri Mayk Pompeonu "razborka” üçün öz ata-baba kəndinə dəvət edib.

Paylaşdığı fotonun altında isə yazıb:

"Pompeo, dava çağrışını qəbul edirik! Bundan belə daha maraqlı olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru