Misir Qarabağla bağlı mövqeyini açıqladı

22-07-2020, 00:29           
Misir Qarabağla bağlı mövqeyini açıqladı
Misir Ərəb Respublikası Xarici İşlər nazirinin Avropa məsələləri üzrə müavini, Avropa İdarəsinin rəisi, səfir Bədr Əbdül-Ati Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə açıqlama verib.

Axar.az xəbər verir ki, açıqlamaya əsasən, Misir Azərbaycan və Ermənistan sərhədlərində baş verən hadisələrdən narahatlıq hissi keçirir və BMT TŞ-nın məlum qətnamələri çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Nazir müavini, səfir B.Əbdül-Ati, həmçinin Misirin Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, sözügedən münaqişənin hərb yolu və ya təxribatla deyil, sülh danışıqları yolu ilə həll edilməsinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər ki, Bədr Əbdül-Ati Qahirənin rəsmi mövqeyini iyulun 21-də ölkəmizin Misirdəki səfiri Tural Rzayevlə keçirilən görüşü zamanı ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru