“İki aya sakitlik pozulacaq” – Qarabağ ətrafındakı proses ciddiləşir

30-07-2020, 09:29           
“İki aya sakitlik pozulacaq” –
“İyul eskalasiyası finala yaxınlaşır, yəqin ki, nisbi sakitlik sentyabrdan sonra pozulacaq”.



Teref.az xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.



Jurnalist hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “RBK” kanalına verdiyi müsahibədə nəticə çıxarılacaq ciddi məqamlar var:



“Amma müsahibədən çıxan ən ciddi nəticə Rusiya ilə bağlıdır. Rusiya Paşinyanın anti-rus kursunu indiki məqamda tormozlaya bildi. Paşinyan Rusiya ilə bağlı dediklərində səmimi deyil, amma deməyə məcburdur”.



Asəf Quliyev hesab edir ki, bundan sonrakı hadisələr iki istiqamətdə inkişaf edə bilər:



“Birinci – Rusiyanın istədiyi istiqamətə. İşğalda olan ərazilərin bir qisminin qaytarılması və əvəzində əraziyə Rusiya qoşunlarının sülhməramlı adı ilə yeridilməsi.



İkinci – Qərbin istədiyi istiqamətdə. Yəni Dağlıq Qarabağın ermən icmasının prosesə qoşulması ilə danışıqların yeni mərhələsinə başlanılması. Azərbaycan bu halda Dağlıq Qarabağın azərbaycanlı icmasının da prosesə aktiv qoşunlmasını istəyir”.Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru