ELDAR HƏSƏNOV HƏBSİNDƏN 2 GÜN ƏVVƏL - Usubov danışır, o yazır... (+VİDEO)

16-08-2020, 10:35           
ELDAR HƏSƏNOV HƏBSİNDƏN 2 GÜN ƏVVƏL -
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən səfir Eldar Həsənov Azərbaycana Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçi müşayiət edən nümayəndə heyəti ilə birgə gəlib.

Nazirin Bakıda keçirdiyi rəsmi görüşlərdə səfir kimi o da iştirak edib.

"AzPolitika" xəbər verir ki, E.Həsənov avqustun 11-də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə Neboyşa Stefanoviçin görüşünə qatılıb. Həmin görüşdən "Azərtac" Dövlət Agentliyi videoreportaj hazırlayıb. Görüşdə, deyilənə görə münasibətlərinin illərdir gərgin olduğu R.Usubovun solunda əyləşən səfirin başını qaldırmadan nəsə yazdığı görünür.

Hazırda da agentliyin manşetində olan videoreportajı təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.