Paşinyandan müsahibə alan BBC jurnalisti Azərbaycan prezidentinə də təklif göndərdi – FOTO

16-08-2020, 20:09           
Paşinyandan müsahibə alan BBC jurnalisti Azərbaycan prezidentinə də təklif göndərdi – FOTO
BBC-də yayımlanan sual-cavab məzmunlu “Hardtalk” verilişinin aparıcısı Stepan Sakurun Ermənistan Baş naziri Nikol Paşinyandan aldığı müsahibə haqqında xəbər vermişdik.

Teref.az yeniavaz.com-a istinadən xəbər verir ki, S. Sakur “Twitter” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevdən də müsahibə almaq istədiyini bildirib. O həmçinin suallara ölkə rəsmilərindən hər hansı birinin də cavab verə biləcəyini qeyd edib:

“Ermənistan baş naziri Nikol Paşinyanla olan müsahibəm həm Ermənistan həm də Azərbaycan tərəfində qeyri-adi rezonans doğurub. Dünyanın hər iki tərəfi eşitməyə ehtiyacı var. Bəs siz necə fikirləşirsiniz, cənab Prezident? Ya da rəsmi Bakıdan hər hansı yüksək vəzifəli şəxs”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru