Sonra da inciyirik ki, tanınmış insanlar, ziyalılar siyasi-ictimai məsələıərdə mövqe bildirmirlər
18-09-2020, 00:11

Cingiz Abdullayev, Anar, Zeynəb Xanlarova Tofiq bəyin azad olması istəklərini (hərəsi bir formada) dilə gətiriblər. Təbii ki, açıq danışmayıblar, təbii ki, sərt bəyanat verməyiblər, amma günahsız insanın azad olunmasını istəyiblər - burda pis nə var ki?! Gördüyüm odur ki, FB əhlinin bir qismi bundan da narazıdır, onlardan istədikləri nə idi - bax bunu anlamadım.
Teref.az xəbər verir ki, bunu RaAl-ın funksioneri Natiq Cəfərli yazıb Daha sonra Natiq bəy yazır:
Niyə elə bilirlər ki, hamı "mənfur rejim" deyib hayqırmalı, "rədd olsun YAP", qışqırıb yaxa cırmalıdırlar?! Bu nə yanaşmadır axı?! Niyə yaxşı addımları da gözdən salırıq, nədən hamını qovub hakimiyyətə sığınmağa məcbur edirik?! Niyə elə düşünürük ki, hamı lider, fədai, "kamikadze" olmalıdı?! Sonra da inciyirik ki, tanınmış insanlar, ziyalılar siyasi-ictimai məsələıərdə mövqe bildirmirlər - söz deyəni peşman edirik deyə susurlar da! Onların hakimiyyətə yaxın olduğunu bu gün bildik?! Orden-medalları indi yada düşdü?! Bu sistemdə başqa necə olmalı idi ki?!
Tillah bu mənasız aqressiyanı anlamıram, dinmirlər - pis, danışırlar - yenə pis, nə etsinlər bəs?! Mitinqə çıxsınlar?! Müxalifətə keçsinlər?! Nə etsinlər, onlardan başqa nə gözləyirik ki?!
Şəxsın mənim aşırı gözləntim yoxdu - Tofiq bəyin azad olmasını doğru saylblarsa, bu bəs edər. Kin-küdurət, aqressiya, teksti və konteksti anlamamaq qıracaq hamımızı...