Azərbaycan prezidenti İlham Əliyevin Davos forumunda neftin qiymətilə bağlı verdiyi proqnoz ABŞ-ın CNN kanalının diqqətini çəkib.
Azvision.az xəbər verir ki, dövlət başçısının 2017-ci ildə neftin hər barrelinin qiymətinin 70 dollar olacağı haqda fikirləri CNN efirində yayımlanıb. İlham Əliyev bunu düzgün, ədalətli qiymət hesab etdiyini deyib.