İlham Əliyev: "İşsizlik 5 faiz səviyyəsinə düşüb" - FOTOLAR

22-01-2016, 23:59           

Prezident İlham Əliyevə məxsus "Twitter" hesabından qısa mesajlar paylaşılıb.

Hazırda Davos İqtisadi Formunda olan İ.Əliyev Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən, iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirdiyini bildirib.

Ölkə başçısı “Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artmış, yoxsulluq və işsizlik 5 faiz səviyyəsinə düşmüşdür" - deyə qeyd edib.

Prezident hazırkı dövrdə Azərbaycanda iqtisadi islahatların davam etdirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.

İ.Əliyev vurğulayıb ki, qeyri-neft sektoru Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici sahəsidir: “ÜDM istehsalında qeyri-neft sektorunun payı 70 faiz təşkil edir”.

Ölkə başçısı Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifənin makroiqtisadi sabitliyi təmin etmək, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdan ibarət olduğunu bildirib: “Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq, ölkələri və qitələri birləşdirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.