Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

31-10-2020, 09:06           
Rusiyalı hərbi ekspert:
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryana koronavirus diaqnozu qoyulub, bu səbəbə Qarabağla bağlı vəziyyəti müzakirə etmək üçün Moskvaya uça bilməyəcək”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko telegram kanalında deyib.

“Köçəryan sağalınca Dağlıq Qarabağdakı hərbi kampaniya artıq bitəcək. Özü də Azərbaycanın xeyrinə”, - deyə Korotçenko əlavə edib.

Xatırladaq ki, az öncə Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın hazırkı baş nazir Nikol Paşinyanın xahişi ilə Qarabağ məsələsində kömək üçün Rusiya lideri Vladimir Putinlə görüşə gedəcəklərə haqda məlumat yayılıb. Lakin Köçəryanda COVİD-19-un aşkarlanması onun Moskva səfərini mümkünsüz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru