Daşınmaz əmlakın məcburi sığortalanması sənədsiz evlərə də aid olacaq?

Bu gün, 16:44           
Daşınmaz əmlakın məcburi sığortalanması sənədsiz evlərə də aid olacaq?
Daşınmaz əmlakın məcburi sığortalanması ilə bağlı qanun layihəsi hazırlanıb.

Mərkəzi Bankdan verilən məlumata görə, təşəbbüsün əsas məqsədi fəlakətli risklərin dövlət üçün yaratdığı fiskal yükü azaltmaqdır. Yeni sistemin tətbiqi həmin risklərin sığorta şirkətlərinə və ümumilikdə sektora ötürülməsinə imkan yaradacaq.

TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, əslində "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun qəbul olunub və bu prosesə nəzarəti Mərkəzi Bank həyata keçirir. Lakin vətəndaşlar buna etimadsız yanaşırlar.

Onun sözlərinə görə, prosesin onlayn şəkildə izlənilməsi müəyyən çətinliklər yarada bilər. Çünki vətəndaşların əksəriyyəti daşınmaz əmlakın sığortalanmasına maraq göstərmir.

Bundan əlavə, sənədsiz evlərin sığortalanması məsələsi də açıq qalır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru