Fransa İş adamlarını birləşdirən qurumlarla əlaqəyə keçmək,....

26-11-2020, 08:25           
Fransa İş adamlarını birləşdirən qurumlarla əlaqəyə keçmək,....
Fransa senatının qəbul etdiyi qətnamənin ciddi hüquqi yükü olmasa da, Fransa üçün böyük siyasi yükü var. Fransa Minsk Qrupundan dərhal çıxarılmalıdır. Bu ilk addımdır, amma sonra Fransa ilə əlaqələri kəsmək əvəzinə, onlarla daha sıx işləmək lazımdır, iqnor doğru yol deyil.

Teref.az-ın xəbər verur ki, bunu politoloq Natiq Cəfərli deyib.

Daha sonra politoloq deyir ki, Fransa siyasətçilərinin bir qismi bu məsələdə hüququn yox, bir ovuc erməni əsilli seçicinin marağının yanında yer aldı, amma Fransa biznesi, hansı ki, ölkədə ciddi çəkiyə malikdirlər, bu tutumdan məmnun deyil. Çünki Fransa şirkətləri Azərbaycanda nəzərdə tutulan böyük özəlləşmə proqramında iştirak etmək istəyir, bundan başqa İran açılandan sonra (2021-də İranla ABŞ yeni saziş imzalayacaq, sanksiyaların böyük qismi götürüləcək) Azərbaycan üzərindən İranda iş qurmağı planlayırlar, söhbət milyardlardan gedir. Ona görə də yubanmadan Fransa İş adamlarını birləşdirən qurumlarla əlaqəyə keçmək, görüşmək, onları lobbimizə çevirmək lazımdır. Pafosu, qarğışı, təhqiri kənara qoyaq, real iş görək, bu addımın presidentə çevirilməsinə imkan vermək olmaz! Senatın sənədini Fransa hökuməti təsdiqləməsə, hərəkətə keçməsə heç bir hüquqi zəmin yaratmayacaq, ona görə də vaxt itirmədən bütün imkanlar səfərbər edilməlidir!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.