Kreml Sərkisyana lider olmağa izn vermədi - “Eurasianet”

5-12-2020, 10:25           
Kreml Sərkisyana lider olmağa izn vermədi - “Eurasianet”
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatdan sonra əvvəllər nominal lider olan Ermənistan Prezidenti Armen Sərkisyan özünü aparıcı siyasi oyunçu kimi təqdim etməyə çalışıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Eurasianet” saytı yayıb. Sayt Sərkisyanın Paşinyanı əvəz etməyə cəhd etdiyini bildirib.

Belə ki, Armen Sərkisyanın hakimiyyətdə hələlik etibarlı alternativ tapılmadığı üçün qala bildiyi vurğulanıb. Müharibədən sonra prezidentin diqqət mərkəzinə düşməsinin onun siyasi ambisiyalarından xəbər verdiyi qeyd edilib.

Sayta açıqlama verən rusiyalı politoloq Arkadi Dubnov Sərkisyanın Moskva səfərinin onun Paşinyanı əvəzetmə şanslarını qiymətləndirilməsi üçün olduğunu söyləyib. Bununla belə o, Sərkisyanın Kremldən hansısa dəstəyi ala bilmədiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru