Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirildi - VİDEO

10-12-2020, 16:53           
Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirildi - VİDEO
Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub.

Bildiyimiz kimi, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib.

Oxu.az-ın xəbərinə görə, YARASA döyüşçüləri müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsində iştirak ediblər. Onlar xüsusən də Qubadlıya ilk girənlərdən olublar.

YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər. Onlar haqlı olaraq Azərbaycan ordusunun elit qüvvələri və qüruru sayılırlar.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Azərbaycan silahlı qüvvələrinin ən elit dəstələrinin içində ilk yerləri tutan XKX-nin"Yaras" və HDQ-nin "Dəniz Pişikləri" sayılırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru