Artur Kazinyan: “Bakıda parad DQR-in "müstəqillik günü"ndə keçirilib" “SİMVOLİK TƏHQİR”

10-12-2020, 18:30           
Artur Kazinyan:
“Bu müharibədə bir çox simvolik təsadüflər var”.

Virtualaz.org bildirir ki, bunu "Tək Ermənistan" partiyasının sədri Artur Kazinyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycanın Dövlət Bayrağı Günü Şuşa şəhəri azad edilib, Monte Melkonyanın doğum günündə isə Kəlbəcər təhvil verilib.

"Əminəm ki, əvvəlcədən planlaşdırılmış bir çox başqa simvolik təhqirlər də var ki, Paşinyan onlarla səssizcə razılaşıb və tabe olub", - deyə Artur Kazinyan yazıb.

O, həmçinin simvolik alçaldılmanın digər bir nümunəsini təqdim edib. Onun sözlərinə görə, Bakıda Qələbə paradı dekabrın 10-da keçirilib, Qarabağ separatçıları isə "müstəqilliklərini" 1991-ci ildə məhz həmin gün elan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru