Ermənil\ərdən yeni falsifikasiya ya bilmədiyimiz nəsə var?

11-12-2020, 08:37           
Ermənilərdən yeni falsifikasiya ya bilmədiyimiz nəsə var?
Torpaq məsələsi olduğuna görə, bu informasiyaya baxıb keçə bilmədim, hesab edirəm ki, mütləq müzakirə olunmalı, dezinformasiyadırsa, təkzib tələb edilməli, Azərbaycan tərəfi olaraq rəsmi açıqlama verilməlidir.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazıb. Daha sonra Qubad İbadoğlu yazır:
Mən yenə də, təkrar olaraq bu dəfə təklif yox, tələb edirəm ki, Azərbaycan tərəfi rəsmi olaraq 10 noyabrdan sonra bizim yuridiksiyamıza keçən defakto yaşayış məntəqələrinin siyahısını dərc etməlidir. Nədən ermənilər bizdən öncə məlumat verməlidir? Vətəndaş olaraq bizim məlumat almaq hüququmuz niyə məhdudlaşdırılmalıdır? Dərc edin, görək, hazırda hansı ərazilərə və yaşayış məntəqələrinə nəzarət hüququmuz bizdədir? Bilək ki, gələcəkdə hansılarının davasını çəkməliyik!
Bu xəritədə və açıqlamada ən çox narahatlıq yaradan Şuşa və Laçın rayonlarının kiçildilməsi, Kəlbəcər rayonunun mühasirəyə salınmasıdır.
P.S. Gəlin köməkləşək mürdar adları əvvəlki kimi müəyyənləşdirək. Belə bizə nə baş verdiyini anlamaq çətin olacaq. Şərhlərinizi gözləyirəm.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.