“Sülhməramlılar mühasirəyə alınmayıb” - Rusiyadan təkzib

17-12-2020, 00:39           
“Sülhməramlılar mühasirəyə alınmayıb” -
Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələri bölmələrinin mühasirə olduğu barədə xəbəri təkzib edib.

Rusiya hərbi idarəsinin yaydığı məlumatında belə deyilir.

"Guya Rusiya sülhməramlı qüvvələri bölmələrinin Dağlıq Qarabağdakı tərəflərdən hansı tərəfindənsə mühasirəyə alınması barədə məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı bütün bölmələri həm müşahidə postlarında, həm də atəşkəs rejiminə əməl olunmasının monitorinqi zamanı ştat rejimində vəzifələri yerinə yetirir", - deyə Nazirlikdən bildiriblər.

Qeyd edək ki, bundan əvvəl-çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində rusiyalı sülhməramlıların Hadrut rayonunda Azərbaycan qoşunlarının mühasirəsində olduğunu bildirmişdi.

"Bizim məlumatlarımıza görə, Rusiya sülhməramlıları da mühasirədədirlər. Rabitə ilə bağlı problemlər var, çünki ərazi baxımından kommunikasiya ilə bağlı müəyyən problemlər var. Özü də Rusiyanın sülhməramlılarında da belə problemlər var və orada bizdə müəyyən böhranlı vəziyyət yaranıb", - deyə N.Paşinyan bildirmişdi.(Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru