Ermənistan ordusu nə qədər itki verib? – Keçmiş səfirdən şok iddia

17-12-2020, 05:59           
Ermənistan ordusu nə qədər itki verib? –
“Ermənistan müxalifətinin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq gücü yoxdur”.

Teref.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

“Məndən tez-tez soruşurlar ki, Vazgen Manukyan baş nazir postuna ən ideal namizəddir və onun namizədliyini irəli sürən partiyalar nə qədər güclüdür? Bəs xalqdan dəstək alan müxtəlif niyə kifayət qədər güclü deyil? Deyə bilərəm ki, bu gün Ermənistanda vahid güc yoxdur, ya vətən xaininin tərəfindəsiniz, ya da ona qarşı mübarizə aparırsınız. Müxalifət-xalq münasibətləri siyasi sahəyə aiddir, bu gün gedən mübarizə isə siyasi deyil, hakimiyyət uğrunda deyil. Təəssüf ki, çoxları bu tələyə düşüb”, – Minasyan bildirib.

Keçmiş diplomat Ermənistan Baş naziri Nikol Paşinyanı “dəli” adlandırıb: “Hakimiyyəti qəsb edən, ölkəni təslim olmağa aparan dəli ilə müxalifətin gücünün məntiqinə və alətlərinə görə mübarizə aparmırlar, əksinə, xain kimi mübarizə aparırlar. Ölkəni onlardan mümkün qədər erkən xilas etmək lazımdır”.

O, Paşinyanın xəyanəti nəticəsində savaşda 5 mindən çox erməni hərbçisinin həlak olduğunu, minlərlə insanın itkin düşdüyünü iddia edib. Mikael Minasyan hakimiyyət və müxalifətin vətən xainləri tərəfindən ələ keçirildiyini söyləyib.teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru