"Azərbaycan ərazilərindəki silahlı ermənilər həm təxribatlar törədir, həm də yeni kadr hazırlayırlar"
17-12-2020, 06:19
“Dağlıq Qarabağ meşələrinə sığınan təxminən 150-160 erməni hərbçinin təslim olması boş yerə deyildi: qarda çox yata bilmirsən, gecə isə artıq temperatur sıfırın altındadır. Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidəki erməni hərbçilərinin sadəcə müqavimət göstərmək üçün şəraiti yoxdur. Bununla belə, Azərbaycan torpaqlarında Ermənistan qoşunları hələ də qalır”.
\Teref.az xəbər verir ki, bu fikirləri politoloq Oleq Kuznetsov söyləyib.
Politoloq əlavə edib ki, “Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki erməni qoşunları ciddi problemlər yaradır. Onların mövcudluğu vəziyyəti sabitləşdirməyə imkan vermir. Onlar həm də Azərbaycan ərazilərində təxribat tədbirləri həyata keçirmək üçün kadr hazırlayırlar. Ona görə də erməni əsgərləri Azərbaycandan çəkilmədən respublikanın azad edilmiş torpaqlarında tam sabitliyə nail olmaq mümkün olmayacaq”.