"Rus hakerlər Trampın seçilməsinə kömək ediblər"- Putinə narahat edici sual verdilər

18-12-2020, 00:02           
"Rus hakerlər Trampın seçilməsinə kömək ediblər"- Putinə narahat edici sual verdilər
Rusiya Prezidenti Vladimir Putin “RTVI” telekanalının nümayəndəsi Sergey Şnurovun 2016-cı ildə ABŞ-ın hazırkı Prezidenti Donald Trampın seçkilərdə qalib gəlməsinə kömək etdiyi və bu il keçirilən seçkilərdə rus hakerlərin Trampın qələbəsini təmin edə bilmədiyi ilə bağlı jurnalistin sualına cavab verib.
İllik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya lideri rus hakerlər barədə sualı “təxribat” adlandırıb.

“Bu sual deyil, bu bir təxribatdır, rus hakerlər ABŞ-ın daxili işlərinə qarışmayıblar və Trampın seçilməsinə kömək etməyiblər”, – Putin qeyd edib.

Onun sözlərinə görə, bu cür fikirlər hazırki Amerika liderinin legitimliyini şübhə altında qoymaqla yanaşı, Rusiya və ABŞ arasındakı münasibətləri korlamaq məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru