Maduro: "Venesuela müxalifəti ABŞ-ın yeni seçilmiş prezidenti ilə əlaqə axtarışındadır"

2-01-2021, 06:43           
Maduro: "Venesuela müxalifəti ABŞ-ın yeni seçilmiş prezidenti ilə əlaqə axtarışındadır"
Venesuelanın müxalifət nümayəndələri ABŞ-da yeni seçilmiş prezident Cozef Bayden administrasiyası yanında maraqlarını yürütmək üçün lobbi axtarışındadır.

APA xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalının efirində çıxış edərkən deyib.

“ABŞ-da bir çox lobbilər var. Müxalifətçi Leopoldo Lopes Vaşinqtonda Demokratlar Partiyasına yaxın iki şirkətlə işbirliyi qurur ki, Baydenin yeni hökuməti yanında Venesuela ekstremistlərinə lobbi fəaliyyəti göstərməkdə köməklik etsinlər. Baxaq görək, prezident Donald Trampın gedişi ilə ABŞ-ın Venesuelaya qarşı zərərli və ekstremist siyasəti də itəcəkmi?! Ümid edirəm ki, ABŞ-dakı dəyişikliklər insanlığa və Venesuelaya fayda gətirəcək”, - Maduro belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru