ABŞ Rusiyanı belə bitirmək istəyir - Vasserman

2-01-2021, 10:42           
ABŞ Rusiyanı belə bitirmək istəyir - Vasserman
Peyvəndləməyə baxmayaraq, 2021-ci il koronavirusun diktəsi altında keçəcək. Koronavirusla bağlı məhdudiyyətlər isə payıza yaxın, ola bilsin, daha tez aradan qaldırılacaq.

Axar.az xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist və aparıcı Anatoli Vasserman 2021-ci illə bağlı proqnozlarında deyib.

Vasserman hesab edir ki, dünya siyasi səhnəsində Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq vəziyyət yaradılır:

"Ehtimal ki, ABŞ (Co Bayden - red.) Rusiyaya sanksiyaları sərtləşdirəcək və Moskva və Pekinə qarşı düşmən siyasət aparacaq”.

Onun sözlərinə görə, ABŞ Rusiyanı ətrafındakı lokal qarşıdurmalarla bitirmək niyyətindədir və məhz bu səbəbdən ABŞ Ukryananı silahla doldurur:

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının zabitləri jurnalistləri xəbərdar edir ki, yazda Donbasda gərginlik planlaşdırılır”.

Vasserman ehtimal edir ki, sentyabrda Dövlət Dumasına seçki ərəfəsində Rusiyada etiraz aksiyaları keçiriləcək.

“Lakin Rusiyada rəngli inqilab ssenarisini həyata keçirmək Serbiya və ya Qırğızıstandan daha çətindir”, - Vasserman bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru