Paşinyan nümayəndələrini yenidən Dağlıq Qarabağa göndərir - SUSACAĞIQMI?

20-01-2021, 20:15           
Paşinyan nümayəndələrini yenidən Dağlıq Qarabağa göndərir - SUSACAĞIQMI?
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa növbəti heyətini göndərir. Ermənistanın diapor üzrə nümayəndələri Zara Sinanyan və Sara Andjarqolyan yanvarın 22 və 24-də Dağlıq Qarabağda olacaqlar.
Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla diasporun imkanlarından səmərəli istifadəni müzakirə etmək göstərilir.

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistandan Azərbaycana gözlənilən növbəti qanunsuz səfəri şərh edib.

O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun srağagünkü çıxışının mətniqinə görə bu səfərlərdə anormal heç nə yoxdur və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər.

“Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki, separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər. Deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil, bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndiyə səfərlərin əsas məqsədi qondarma “Dağlıq Qarabağ Respublikasının” var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda, səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi məhz budur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.