İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...

21-01-2021, 16:14           
İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...
Nikol Paşinyan 2,5 ildir ki, müharibənin Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyət qarşısında əsaslandırılması üçün mümkün olan hər şeyi edib.

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru David Şahnazaryan deyib.

O bildirib ki, Qarabağda hərbi əməliyyatlar zamanı müəyyən gedişlərin qəsdən təşkil edilmədiyinə inanır:

“Qələbə qazanan generallar komandadan tamamilə uaqlaşdırıldı. Xarici qüvvələrin Paşinyanı niyə hakimiyyətə gətirməsi, döyüş zamanı tapşırıqları yerinə yetirməsi ilə bağlı bir çox fakt məni inandırdı. Bu səbəbdən də İrəvana qayıdaraq açıqlama verdim.Bldirdim ki, bu proses dayandırılmasa, fəlakət qaçılmazdır. Bütün bunlar həyata keçirilən proqram idi. Onun əsas hissəsi də indi Paşinyanın rəhbərlik etdiyi xarici qüvvələr tərəfindən həyata keçirilir. Türk kəşfiyyatı daxil olmaqla, bir neçə ölkənin kəşfiyyat xidmətləri bu proqramı 2014-2015-ci illərdə hazırlayıb. İstintaq həm Paşinyanı hakimiyyətə gətirənləri, həm də maliyyə məsələlərini araşdırmalıdır. Əminəm ki, 2018-ci ildə mitinqlər kütləvi hal almağa başlayanda səlahiyyətlilər bunun xarici qüvvələrin təşkil etdiyini başa düşüblər, amma çıxış yolu olmayıb. Əslində aprelin 17-nə qədər mitinqlər çox olmurdu, üstəlik aksiyalara maksimum 3 min nəfər qatılırdı. Az sonra bu say kəskin artdı. 100-200 min toplandıqdan sonra Serj Sərkisyan istefaya getdi”.

David Şahnazaryan xatırladıb ki, hələ Paşinyan inqilabı zamanı bu prosesin Qarabağa qarşı yönəldiyini bəyan edib, amma çoxları bunu ifrat yanaşma kimi qiymətləndirib:

“Paşinyanın komandası Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir. Bu beşinci kolon və Azərbaycanın bir nömrəli ortağıdır. Üstəlik bunlar Azərbaycan ordusundan daha böyük təhdiddir. Müharibənin dayandırılmaması bu siyasətin bir hissəsidir. Müharibə 44 gün davam etdi, amma cəbhə xəttini sabitləşdirmək üçün heç bir təlimat vermədi. Moskvanın təkliflərini bir neçə dəfə rədd etdi. 3 və 11 oktyabrda Paşinyana bir Avropa ölkəsi tərəfindən dron əleyhinə sistemlər göndərilməsi təklifi də qəbul olunmadı. Çünki Paşinyan razılığa gəlmişdi”.

Şahnazaryan qeyd edib ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru olan şəxsin indi “Niyə Paşinyan müharibəni dayandırmadı?” – sualını verməsi onu məyus edib:

“2018-ci ilin 4 dekabrında mətbuat konfransında bəyan etmişdim ki, Nikol Paşinyan hakimiyyət qarşılığında Qarabağla bağlı razılaşma əldə edib. Elə həmin gün Milli Təhlükəsizlik Xidməti fikirlərimdə cinayət olduğunu elan etdi və mənə məktub göndərdi. İndi Milli Təhlükəsizlik Xidmətinin direktorunun müharibənin niyə dayandırılmadığını anlamaması çox qəribə haldır”. /teleqraf.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.