Paşinyanın super kadrı olan Kyaramyan kimdir və onun missiyası nə idi?

9-03-2021, 10:35           
Paşinyanın super kadrı olan Kyaramyan kimdir və onun missiyası nə idi?
Bu günlərdə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatı və onun ətrafında yaranmış vəziyyət ilə bağlı “Facebook”da istifadəçilərdən biri zarafat etmişdi ki, qoy Nikol Argişti Kyaramyanı Baş Qərargah rəisi təyin etsin, məsələ bitsin-getsin. Heç bir zarafat olmadan anlaşılmazdır ki, niyə Paşinyan indiyə qədər Argişti Kyaramyanın timsalında ən sevimli və etibarlı kadrını “kölgə”dən yuxarı çıxarmayıb. Kyaramyanın tərcümeyi-halında təkcə son iki il yarım müddət ərzində iş yerlərinin və vəzifələrin təsirli bir “dəstə”si formalaşıb.

Ötən gün Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rus KİV-lərinin nümayəndələrindən ibarət böyük qrupla keçirdiyi mətbuat konfransında təqdim etdiyi məlumatlar bu “məxmər rəisi” super-kadrı xatırlamaq üçün fürsətdir. Onun ilk dəfə son müharibə zamanı Qarabağda olduğuna aid kifayət qədər maraqlı detalları təqdim etdilər.

Söhbət xüsusən ondan gedir ki, Robert Köçəryanın təhlükəsizliyini təmin edən xidmətçilər (onlar Milli Təhlükəsizlik Xidmətinin ixtisaslaşmış bölməsinin zabitləridir) “xarici müşahidə altında” olduqlarını, sadə desək, izləndiklərini görüblər. Mətbuat konfransında Köçəryanın bildirdiyi kimi, Bako Sahakyan ona bildirib ki, bəli, həqiqətən bənzər şey var, üstəlik, İrəvandan o vaxt hələ Ermənistan MTX direktoru olan Argişti Kyaramyanla birlikdə təxminən 30 MTX işçisi Xankəndiyə gəlib, onlar əsas Qarabağ ordusunun keçmiş komandirlərinin, keçmiş müharibənin məşhur komandirlərinin izlənməsi ilə məşğuldurlar.

Erməni siyasi ekspert Armen Hakobyan yazır ki, Argişti Kyaramyanla birlikdə Qarabağda endirilmiş “kəşfiyyat” desantı əsasən mümkün qədər keçmiş rəhbərləri, komandirləri təcrid etmək, onlarla ordunun o ankı komandir heyətinin ünsiyyət qurmasına imkan verməmək və ya müəyyən dərəcədə mane olmaq, yaxud da hamısının ünsiyyətlərini izləmək və “yuxarı” məruzə etmək vəzifəsinə sahib olub.

“Vurğulayaq ki, söhbət müharibədən və fəlakətli vəziyyətdən gedir, həmin vaxt keçmiş komandirlərdən, rəhbərlərdən hər birinin təcrübəsi və bacarıqları, şəxsi nüfuzu şühəsiz ki, faydalı ola bilərdi, üstəlik, bu fəlakəti və bunu izləyən faciəni əngəlləmək və ya bunun nəticələrini azaltmaq məqsədilə xidmət etməli idi.

Başqa bir maraqlı və vacib məsələ. Argişti Kyaramyan 2020-ci il oktyabrın 8-də, yəni müharibənin 11-ci günü MTX direktoru vəzifəsindən açıq şəkildə azad edildi, lakin Qarabağda qalmağa davam etdi və müəyyən fəaliyyət həyata keçirmişdi. O, daha sonra xüsusən Şuşada və Şuşa yaxınlıqlarında nə ilə məşğul olduğunu cəmiyyətə izah etməyə çalışdı, lakin birincisi, yumşaq desək, Kyaramyanın dedikləri inandırıcı deyildi, ikincisi, barəsində fəxrlə danışdığı fəaliyyətləri etmək üçün onun hansı statusa və səlahiyyətlərə sahib olduğu anlaşılmaz idi.

Belə bir təəssürat formalaşır ki, Argişti Kyaramyan bənzər şəraitdə əsas əhəmiyyətə malik olan xüsusi xidmətə nəzarət etmək tapşırığına müəyyən dərəcədə töhfə verib, daha sonra hansısa nəzərdə tutulmuş ssenarinin gedişatını poza biləcək xadimlərə nəzarət etmək üçün Qarabağa “ezam olunub”, paralel olaraq o anda qərarları qəbul edən hərbi komandirlərə nəzarət edib ki, sonuncular da hansısa konkret istiqamətdən sapmasınlar.

Məhz burada yuxarıda yuxarıda göstərilmiş maraqlı və vacib sual ortaya çıxır: bəs bu super-kadr Argişti Kyaramyan kimdir, onun vəzifəsi və ya missiyası nədir? Belə bir ehtimal var ki, o, nikol paşinin ən etibarlı kadrıdır. Səbəb budur ki, 3 ildən bir qədər az müddət ərzində bir Dövlət Gəlirlər Komitəsində, bir Dövlət Nəzarət Xidmətində olduqca yüksək vəzifə alıb, sonra təkanla MTX-yə aparılıb, 2020-ci ilin mayında direktor müavini, iyunun 8-də isə direktor təyin olunub. Məlum olduğu kimi, nikol paşinin artıq müəyyən dərəcədə genişmiqyaslı müharibə gözlənildiyi ilə bağlı məlumatlı olduğu günlərdə.

Bəlkə Argişti Kyaramyan təkcə nikol paşinin “super-kadrı” və ya belə deyək, “komissarı” deyil və nikol paşin üçün nəzarət, yaxud təftiş tapşırığı üzərinə götürməyib, həmçinin bu mənada öhdəlik göütürüb ki, məhz nikol paşi müəyyən proqramdan yayınmasın? Üstəlik, qeyd edək ki, bənzər mümkün “komissar” missiyası ilə “məxməri” hakimiyyət tərkibinə daxil olmuş “müfəttişlər”, mümkündür ki, yenə olublar və hələ də var”, - deyə o qeyd edib.ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.